İstanbul dəhşəti: Azərbaycanlını öldürüb ağacın altına atdılar - FOTO

İstanbulun Başakşehir rayonunda Azərbaycan vətəndaşı Mübariz Nuriyevin meyiti tapılıb. 

Buta.media-nın Türkiyə KİV-ə istinadən xəbərinə görə, onun cəsədi Başakşehir rayonunda Olimpiya stadionunun yaxınlığında aşkar edilib.

Şahidləri bildiriblər ki, gecə saatlarında naməlum avtomobil stadionun ətrafında meşəlikdə paketə bürülmüş cəsədi ataraq hadisə yerindən qaçıblar.

İlkin araşdırma zamanı məlum olub ki, qətlər yetirilən Azərbaycan vətəndaşı Mübariz Nuriyevdir. Onun öz kürəkəni tərəfindən başından güllələnərək öldürüldüyü müəyyən edilib. 

Meyitin üzərində xəsarətlər də aşkarlanıb. 

İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində Nuriyevin qatili olan kürəkəni (ad və soyadı açıqlanmır) saxlanılıb. Onun evində axtarış zamanı Mübariz Nuriyevin öldürüldüyü tapança aşkar edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ