Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

Buta.media APA-ya istinadən  xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Bildirilib ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub:

"Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ