Bakıda kişi arvadını güllələyib, sonra özünü öldürdü - VİDEO

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində orta yaşlı kişi küçədə qadını, daha sonra da özünü güllələyərək öldürüb.

Buta.media-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Rasim Xəlilov həyat yoldaşı Misli Xəlilovanı özünə məxsus qanuni ov tüfəngi ilə güllələyərək öldürüb, sonra özünə atəş açaraq intihar edib.

Məlumatda qeyd olunub ki, indiyə qədər ailədə münaqişə olması ilə bağlı polisə məlumat daxil olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ov tüfəngi maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ