Bakıda xüsusi əməliyyat - Narkotacir tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində 29 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 63 kiloqramdan artıq narkotik maddə, 550 ədəd psixotrop tərkibli həb, 468 ədəd çətənə kolu aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən Buta.media-ya verilən məlumata görə, saxlanılan şəxslər mütəşəkkil dəstə halında xaricdən göndərilən külli miqdarda narkotik vasitəni ölkə ərazisində qəbul ediblər. Daha sonra onlar narkotikləri müxtəlif üsullarla əvvəlcədən hazırladıqları yerlərdə gizlədib və satmaq məqsədi ilə paytaxt ərazisinə gətirməyə çalışıblar. Narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan çoxlu sayda plastik kartlar aşkar olunub.

O cümlədən, Suraxanı rayonu Hövsan qəsəbəsində keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şakir Rəfiyev tutulub. Onun həyətindəki narkotik tərkibli bitkilər yetişdirmək üçün xüsusi olaraq su, işıq və havalandırma ilə təchiz edilmiş istixanaya baxış zaman 468 ədəd çətənə kolu və evindən satış niyyəti ilə qurutduğu 12 kiloqram marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ