Qisas: Bakıda marketdə dünya çempionunu niyə öldürdülər - FOTO

Xəbər verdiyimiz kimi, Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.

Buta.media xəbər verir ki, “Qafqazinfo” qətlin baş verdiyi yerdən fotolar əldə edib.

Məlum olub ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs artıq tutulub. Hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ