Çərşənbə axşamı, yanvarın 30-da, Abşeron rayonu ərazisində 38 yaşlı qadın qətlə yetirilib.
Bu barədə rayon prokurorluğu məlumat yayıb.
öldürülməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı 1967-ci il təvəllüdlü Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu 1987-ci il təvəllüdlü Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.