Qəbələ Rayon Prokurorluğu şəhərdə qətlə yetirilən Aytac Əliyevanın öldürülməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Buta.media-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kemale Aytacının ərinin sevgilisinin rəfiqəsi olub. Sevgilisi Aytacın əri ilə evlənmək istəsə də, o, arvadından boşanmaq niyyətində olmayıb. Qətlin rəfiqələr arasında baş verən problemə görə baş verdiyi ehtimal olunur. İlkin məlumata görə, hadisə zamanı Aytacın hərbçi əri evdə olmasa da, onların azyaşlı övladı mənzildə olub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.