Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Buta.media Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki yaşayış binasında baş verib.
Rayon sakini, 1999-cu il təvəllüdlü Aytac Əliyevanın xüsusi amansızlıqla qətlə yetirilmiş meyiti yaşadığı binanın blokunda torbada tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Hazırda hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi müəyyənləşdirilir.
Faktla bağlı cinayət işi başlanıb.