Azərbaycanda dəhşətli qətl: Qadın həyat yoldaşını doğrayıb kanala atdı

Salyan rayonunda kişi qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi polis əməkdaşları tərəfindən müəyyən edilib. 

Məlum olub ki, 1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrlə kanala atıb. 

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ