Bakıda 33 yaşlı qadını daşla vurub öldürdülər - foto

Dekabrın 17-də axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimova qətlə yetirlib.

Bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib

Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Elnarə ibrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İgid Rəcəbzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ