Bakıda avtomobildən üzərində güllə xəsarətləri olan meyit tapılıb.
Hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Goradil qəsəbəsi ərazisində dəniz sahilində baş verib.
Belə ki, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Yalçın Xanış oğlu Cəfərovun “Honda” markalı avtomobilində üzərində güllə xəsarətləri olan meyiti tapılıb. Hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi aşkar edilib.
İlkin araşdırmalardan sonra Y.Cəfərovun maşında özünü güllələyərək intihar etdiyi bildirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.