Jurnalist Ramin Deko saxlanılıb.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirib.
Qeyd olunub ki, vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Ramin Deko ilə yanaşı, bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb. Əlavə məlumat veriləcək.