Rüfət Səfərovla bağlı həbs qərarı verildi

Ötən gün şübhəli şəxs qismində tutulan hüquq müdafiəçisi Rüfət Səfərov hakim qarşısına çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, müstəntiq və ibtidai istintaqa prosessual rəhbərlik edən prokuror dələduzluqda və xuliqanlıqda təqsirləndirilən şəxsin həbsini istəyib. 

İş materiallarından məlum olub ki, Rüfət Səfərova Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə də əlavə ittiham verilib. 

Rüfət Səfərovun istintaqdan yayınma, yer dəyişmə ehtimalı nəzərə alınaraq barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) medianın sorğusuna cavab verib. Nazirlikdən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub. O, həmin səbəbdən saxlanılıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ