Masazırda dörd uşaq anası ərini öldürdü

Ötən gün, dekabrın 3-də, saatlarında Abşeron rayonu Masazır qəsəbəsində qətl törədilib.

Saat 14 radələrində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə yaşadığı Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksindəki mənzildə bıçaqlanıb. O, qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva tutulub.

Onların 4 azyaşlı övladının olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ