Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, insident Mingəçevir şəhər V.Hüseynov küçəsindəki parkda qeydə alınıb.
2002-ci il təvəllüdlü Antipov Fərid Aleksandryeviç övladını atraksiona mindirmək istəyərkən həmin qurğuları istismar edən Araz Cəfərli ilə mübahisə yaranıb. Nəticədə F.Antipov münaqişə zəminində onu bıçaqlayıb.
Qarın və döş qəfəsi nahiyəsindən ağır xəsarətlər alan 31 yaşlı Araz Cəfərli xəstəxanaya yerləşdirilib. Fərid Antipov isə saxlanılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.