Bakıda 11-ci sinif şagirdi bıçaqlandı

Bakı məktəbində bıçaqlanma hadisəsi olub. Söhbət Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalıq dayanacağı, keçid 1349 ünvanında yerləşən 322 nömrəli orta məktəbdən gedir.

Bizimmedia bildirir ki, 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.

Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.

Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ