Çərşənbə axşamı, oktyabrın 22-də, axşam saatlarında Bakının Nəsimi rayonu ərazisində ər-arvad qətlə yetirilib.
Hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında - Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.
Həmin binadakı mənzilllərin birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.
85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.
Daxili İşlər Nazirliyindən (DİN) Buta.media-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.
Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.