Ana və övladlarının qətlinin yeni təfərrüatı: Qonşulara ataları tərəfindən döyüldüklərini deyiblər - VİDEO

Fevralın 20-də Nizami rayonunda bir ailənin üç üzvünün qətlə yetirilməsi ilə bağlı hadisənin yeni təfərrüatı məlum olub.

Belə ki, hadisə baş verməmişdən əvvəl qətlə yetirilən uşaqlar qonşulardan kömək istəyiblər.

Qonşular Hədiyyə Bayramova və Şəbnəm Qurbansoy deyirlər ki, qətl baş verməmişdən öncə mənzildən səs-küy gəldiyi üçün onlar qapıya yaxınlaşıblar. Ancaq qapını açmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Hədiyyə Bayramovanın sözlərinə görə, o, mənzildə olan uşaqlara kömək etmək məqsədi ilə onlarla danışıb. Ancaq bir neçə dəqiqədən sonra qapının arxasından uşaqlar dərslərindən qeyri-kafi qiymət aldığı üçün atası tərəfindən döyüldüklərini və qonşulara çıxıb getmələrini bildiriblər.

Məsələnin şübhəli olduğunu görən qonşular dərhal polisə məlumat veriblər. Əraziyə gələn polis əməkdaşları həmin mənzilə yaxınlaşıblar. Cəhd etsələr də qapını açan olmayıb.

Digər qonşu Şəbnəm Qurbansoy binaya qətldən əvvəl polislərin gəldiyini iddia edib.

Daxili İşlər Nazirliyindən ana və iki azyaşlı övladının qətlindən öncə polisə məlumat verilməsi, lakin əməkdaşların hadisə yerində laqeydlik göstərməsi ilə bağlı iddialara münasibət bildirilib. Qurumun Mətbuat Xidmətinin nümayəndəsi polis leytenantı Nurlan Əliyev bildirib ki, artıq məsələ ilə bağlı xidməti yoxlama başlanılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ