Mingəçevir şəhərində yerləşən stomatoloji klinikalardan birində həkimin pul kisəsi oğurlanıb.
Hadisə oktyabrın 7-də şəhərin 20 Yanvar küçəsində yerləşən tibb müəssisəsində baş verib.
Həmin klinikada işlədiyi bildirilən şəxsin gizli şəkildə diş kabinetlərindən birinə daxil olaraq şkafdan həkimə məxsus pul kisəsini oğurlayaraq oranı tərk etdiyi bildirilib. Hadisə kabinetdəki kameraya düşüb.