Bakıda “VMF Continental” mağazasından 330 min manatlıq saat oğurlanıb

Bakıda 330 min manatlıq saat oğurlanıb.

APA xəbər verir ki, hadisə 9 oktyabr saat 17 radələrində Yasamal rayonunda yerləşən “VMF Continental” mağazasında baş verib.

Belə ki, müştəri qismində mağazaya gələn şəxs 330 min manat dəyərində olan 1 ədəd “Breguet” markalı qol saatını gizli yolla oğurlayıb.

Aparılan istintaq zamanı Çin Respublikası vətəndaşı 1977-ci il təvəllüdlü Zhang Guomin şübhəli şəxs qismində saxlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ