Bakıda dünən baş verən dəhşətli qətl hadisəsinin - ana və iki azyaşlı övladının öldürülməsinin bəzi təfərrüatı məlum olub.
Buta.media-nın APA-ya istinadən məlumatına görə, fevralın 20-də saat 14 radələrində Bakının Nizami rayonu, R.Rüstəmov küçəsindəki kirayədə yaşadıqları evdə qətlə yetirilən Sabirabad rayonunun Ulacalı kənd sakinləri, 39 yaşlı Gülnar Qaraxanova, övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlı bu gün dəfn olunublar.
Dəfn mərasimi Sabirabadın Ulacalı kəndində baş tutub.
Mərhumun ailə üzvləri qətlin təfərrüatını danışıblar. Məlumata görə, ailə başçısı olan Fəsahət Qaraxanov beynəlxalq yükdaşıması ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl anında Rusiyada olub və bu gün səhər Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib.
Qətli törədən, əvvəllər Saatlı rayonunun Novruslu kəndindəki doqquz illik məktəbin direktoru olan Əhəd Əliyev mərhum Gülnar Qaraxanovanın bacısının əridir. Məlumatlara görə, ailə başçısının qazancından, ailənin ev almaq üçün pul yığdığından xəbərdar olan Əhəd Əliyev qətli məhz tamah məqsədilə törədib.
Mərhumun bibisi oğlu Şahlar Məlikovun bildirdiyinə görə, Əhəd Əliyev küçədə Gülnar Qaraxanlını izləyib, onun arxasınca evə girib və boğazını kəsmək istəyib. Bu zaman onunla əlbəyaxa olan G.Qaraxanova başından bıçaq zərbəsi alıb. Hadisə baş verəndə uşaqlar evdə olublar. Qadına yeddi bıçaq vurulub, uşaqların isə boğaz nahiyəsi kəsilib. Qətli törədən şəxsin qıza əlavə beş bıçaq da vurduğu bildirir.
O da məlum olub ki, həbs olunanda Ə.Əliyevin üstündə 20 min manat pul olub. Onun evdən götürdüyü 40 min manatın 20 min manatı isə yoxdur. Bunun da istintaq orqanları tərəfindən araşdırıldığı bildirilir.
17:43
Fevralın 20-si Bakının Nizami rayonunda ana və iki övladının qətlə yetirilməsi ölkə gündəmini zəbt etdi.
Buta.media-nın Lent.az-a istianədən məlumatına görə, mərhum Gülnar və iki azyaşlı övladı illərdir qeyd olunan mənzildə kirayədə qalırmış. Qonşular deyir ki, Qaraxanlı ailəsinin bütün üzvləri sakit və mehriban idilər.
Heç vaxt qonşularla aralarında problem yaşanmayıb. Bildirilib ki, hər üç məhrumun meyiti ailə başçısı Fəsahət Qaraxanlıya təhvil verilib və Sabirabada ata yurduna aparılıb.
Məlumata əsasən, F. Qaraxanlı TIR sürücüsüdür.
Bundan əlavə, qətli törədən Əhəd Əliyevlə də bağlı bir sıra təfərrüatları üzə çıxıb. Onun həyat yoldaşından boşandığı deyilsə də, elə deyilmiş. Ə. Əliyevin həyat yoldaşı hazırda Sabirabad şəhərində şirniyyat sexi işlədir. Özü isə rayonun Narlıq kəndində biologiya müəllimidir. 43 yaşlı Əhəd Əliyev Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib.
O, bir müddət Sabirabad rayon 8 saylı məktəbdə müəllim işləyib, sonrada isə Saatlı rayon Novruzlu kənd məktəbinə direktor təyin edilib. O, direktor işlədiyi zaman külli miqdarda borca girib. Belə ki, bir neçə müəllimin adından kredit götürüb, lakin krediti bağlaya bilməyib. Qətldən 3 gün əvvəl Gülnar Qaraxanlı anasına zəng edərək, “evin pulunu hazırlamışıq” deyib. Məlumata əsasən, Gülnar və həyat yoldaşı Fəsahət ev almağa hazırlaşırlarmış. Ə. Əliyev də onlarda pul olduğunu bilib və məlum dəhşətli qətli törədib.