Bakıda ana və övladlarını öldürən şəxs məktəb direktoru işləyib - VİDEO

Bakıda ana və onun övladlarını qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.

Bu barədə “Report”a onun yaxınları məlumat verib.

Məktəbdən fakt təsdiqlənib. Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən Əhəd Əliyev təxminən 2007-2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb:

"O, Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər”.

Vurğulanıb ki, Əhəd Əliyevin fəaliyyətində nöqsanlara yol verdiyinə görə, həmin dövrdə işi məhkəmədə olub:

“Yazı işlərində qanunsuzluq etmişdi. Araşdırmalar aparıldı. Ödənişləri ödətdirdilər, işə xitam verildi”.

Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıbv.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

---

Bakının Nizami rayonu, “8-ci kilometr” qəsəbəsində ana və iki uşağı öldürülüblər.

Buta.media Lenta.az-a istinadən xəbər verir ki, qətlə yetirilənlər Sabirabad rayon sakinləri, Gülnar Qaraxanlı və övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlıdır.

Məlumata görə, onlar paytaxtın R.Rüstəmov küçəsindəki evdə kirayədə qalıblar.

Qətlin G. Qaraxanlının əri tərəfindən törədildiyi ehtimal olunur. Belə ki, iddiaya görə, hadisə gecə saatlarında ailədaxili münaqişə zamanı baş verib. Onların meyitləri səhər saatlarında qonşular tərəfindən aşkar edilib. Bundan sonra dərhal polisə məlumat verilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ