Bakıda kütləvi davada iki nəfər öldürüldü

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

Buta.media Report-a istinadən xəbər verir ki, Təbriz küçəsində kütləvi dava zamanı 1993-cü il təvəllüdlü Alirzayev Fərid Adil oğlu ürəyindən bıçaqlanan qətlə yetirilib.

APA-nın məlumatına görə, dava zamanı Əlirzayev Fəridlə yanaşı, Şahin Qurbanov da ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə ilə bağlı bir nəfərin saxlanıldığı bildirilir.

Nərimanov rayon Prokurorluğunda qətlin təfərrüatı araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

XƏBƏR LENTİ