“Razi ilə ilk dəfə pul qarşılığında görüşmüşük” - Modeli döyən şəxs danışdı

Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, Raziyyat Əliyeva ilə 2021-ci ildən münasibət qurub:

“Ancaq onunla ilk dəfə 2015-ci ildə pul qarşılığında görüşmüşəm. Belə də hər ay ona pul verirdim. Sonra onunla bir yerdə yaşamağa başladıq. Münasibətlər 2023-cü ilə kimi davam etdi. Raziyyat işlətdiyi gözəllik salonunun kirayə pulunu - 4 min manatını ödəməyi mənə dedi”.

Məhkəmənin bu yerində zərərçəkənin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı şifahi vəsatət verib.

Təqsirləndirilən şəxs, onun vəkilləri və dövlət ittihamçısı məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar verməyi məhkəmənin mülahizəsinə buraxdılar.

Hakim Siyavuş Hacıyev vəkilin vəsatətini qəbul edərək iclası qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Z.Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ