Azərbaycanda itkin düşən 15 yaşlı qızın torpağa basdırılmış meyiti tapılıb

Bərdədə iki gün əvvəl itkin düşən Sevinc Rəşad qızı Abbaslının meyiti tapılıb.

Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ