Azərbaycanda qayınanasını öldürən gəlinin meyiti tapıldı - video

Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapılıb. Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə aşkarlanıb.

Daşkəsəndə qayınanasına balta ilə xəsarət yetirib hadisə yerindən qaçan gəlinin meyiti qonşusu tərəfindən aşkar edilib.

Belə ki, həmin şəxs həyətdə ot biçirmiş. Bu zaman yerdə zibil olduğunu düşünüb və meyitə tərəf addımlayıb:

“Yaxınlaşdım, gördüm ki, həmin gəlindir, rəhmətə gedib. Sol əli başının üstünə qoyulmuşdu. Elə də dünyasını dəyişmişdi”.

Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir. S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.

Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.

Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.

Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər.

Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ