Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü Rəna Rafiq qızı İmanovanın kəsici alətlə qətlə yetirilib.
Araşdırma zamanı 17 yaşlı Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qonşuların sözlərinə görə, hadisə yeyib içmək məclisində baş verib. Hər iki şəxsin spirtli içki qəbul etdiyi bildirilir. Sonra aralarında yaranan mübahisə zamanı yeniyetmə qadını öldürüb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.