“Suxoy” ləqəbli krminial avtoriteti stomatoloji kresloda öldürdülər - FOTO

Ukraynanın Prikarpatye regionunda “Suxoy” ləqəbli kriminal avtoritet İqor Dutkinin qətlində şübhəli bilinən şəxsin axtarışları ilə bağlı xüsusi əməliyyat həyata keçirilir. 

Buta.media-nın xəbərinə görə, bu barədə “Qalitski korrespondent” nəşri İvano-Frankovski vilayətinin polisinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, qətl barədə məlumat Yaremçe şəhərinin hüquq-mühafizə orqanlarına saat 18:45-də daxil olub. Polisə həkim-stomatoloq müraciət edərək bildirib ki, stomatoloji kabinetə naməlum şəxs daxil olaraq pasiyentə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

Zərərçəkmiş şəxs tibbi yardım zamanı dünyasını dəyişib.

Hadisə yerində kriminalistlər, kinoloqlar və istintaq-əməliyyat qrupu işləyirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ