Sevdanı təqib edən şəxs saxlanıldı

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin şəxs barəsində protokol tərtib edilib, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
 
Qeyd edək ki, daha öncə müğənnini təqib edən şəxsin polisə dəvət olunduğu bildirilmişdi.

Xatırladaq ki, S. Sanaliyeva tanıdığı şəxs tərəfindən izlənildiyini bildirib. O, yaşadığı binanın qarajında və evinin önündə çəkilən görüntüləri izləyiciləri ilə bölüşüb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ