Bakıda məktəblilər arasında kütləvi dava - VİDEO

Bakıda 116 nömrəli məktəbdə şagirdlər arasında kütləvi dava baş verib.

Buta.media-nın xəbərinə görə,  fevralın 14-də məktəbin iki nəfər X sinif şagirdi arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb. 

Münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak ediblər.

Məsələ ilə bağlı münaqişədə iştirak edən şagirdlərdən izahat alınıb və onların valideynləri məktəbə çağırılıb. Eyni zamanda məktəbə hüquq-mühafizə orqanlarının nümayəndələri dəvət olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, məsələ araşdırılır: 

“Yayılan görüntülərdən məlumatlıyıq. Hazırda araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ