“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Buta.media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Bununla yanaşı İ.ismayılovun Nərimanov rayonunda yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.