Daşkəsəndə gəlin qayınanasını baltalayıb qaçdı

Daşkəsəndə qadın baltalanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun ucqar kəndlərinin birində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlinin qaçdığı bildirilir. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ