Mingəçevirdə yeniyetmə övladına hirslənən ata əlinə keçən məişət əşyalarını onun başında qırıb.
"Unikal"ın məlumatına görə, hadisə Vidadi küçəsi, 3 ünvanında baş verib. 2010-cu il təvəllüdlü şəhər sakini Yavər Teymur oğlu Bəşirov döyülərək çoxsaylı xəsarətlər alıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Yavər Teymur oğlu Bəşirovun qonşuluqda və küçədə olan digər şəxslərlə arasında narazılıq yaranıb.
Atası da oğlunun bu əməlinə əsəbiləşib. O, övladına bir neçə şillə vurub. Onun övladının başında əşyalar qırması faktı əsassızdır.
Qeyd olunur ki, hadisədən sonra əmisi Yavəri xəstəxanaya aparıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, valideyn polisə dəvət olunub:
"Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. Nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".