Bakıda küçədə qıza şillə vuran şəxs: Bu, mənim hobbimdir - VİDEO

Bakıda ictimai yerlərdə xanımlara qarşı xuliqanlıq əməlləri törədən şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.

Buta.media xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, küçədə xanımlara qarşı xuliqanlıq edən 29 yaşlı Əhməd Hüseynovun əməlindən zərərçəkənlərin daha çox olduğu bildirilir.

Belə ki, sözügedən video paylaşıldıqdan sonra çoxlu sayda qadın Daxili İşlər Nazirliyinə zəng vuraraq həmin şəxsin şiddətinə məruz qaldıqlarını bildiriblər. İlkin məlumata görə, zərərçəkmişlərin sayı 10-15 nəfərdir. Zərərçəkən xanımların sayının artması istisna olunmur.

O da məlum olub ki, Ə. Hüseynov polisə verdiyi ilkin ifadəsində əməlindən peşman olduğunu bildirib. Amma buna baxmayaraq, o, qadınlara qarşı belə hərəkət etməsindən xoşlandığını dilə gətirib: “Bu, mənim hobbimdir”. 

Qeyd edək ki, Ə. Hüseynovun yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacağı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ