Filarmoniyada əməliyyat keçirildi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilib.

Bir sıra vəzifəli şəxslərin istintaqa cəlb edildiyi bildirilir.

Əməliyyat barədə rəsmi məlumat verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ