Goranboyda torpaq sahəsi üstündə qətl: Bacı və qardaş öldürüldü

Goranboy rayonunun Qarasüleymanlı kəndində qardaş və bacının qətlə yetirilmiş meyitləri tapılıb.

DİN-nin mətbuat xidmətindən Buta.media-ya verilən məlumata görə, 1970-ci il təvəllüdlü Pərviz Namazov və 1960-cı il təvəllüdlü Namazova Səlminin kəsici alətlə qətlə yetirildikləri müəyyən edilib.

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin isti izlərlə açılması təmin olunub və qətli törətməkdə şübhəli bilinən onların həmkəndliləri 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.

İlkin dindirmə zamanı İ.Haqverdiyev bildirib ki, həmin torpaq sahəsi uzun müddət onların arasında mübahisəli olub. 

Bir müddət öncə məhkəmə qərarı ilə torpaq İlhama verilib. Bu gün İ.Haqverdiyev torpaq sahəsinə gəldikləri bacı-qardaşın orda olduğunu görüb və aralarında yaranan mübahisə zamanı maşınında olan bıçaqla onların hər ikisini vurub.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ