Paytaxtın Binəqədi rayonu ərazisində 2004-ci il təvəllüdlü Qasımova Təhminə İsmixan qızı boğularaq öldürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Hadisənin iyulun 1-də səhər saat 06:45 radələrində baş verdiyi bildirilir.
Cinayət əməlini törətməkdə şübhəli bilininən qardaşı, 1997-ci il təvəllüdlü Qasımov Təbriz İsmixan oğlu saxlanılıb.
Araşdırma aparılır.