“İnanmıram ki, Əhməd cinayəti tək törədib”.
“Unikal” xəbər verir ki, bu sözləri ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova deyib.
O bildirib ki, bacısı oğlu Əhməd Əhmədova qəyyum olmaq istəyir:
“Mən Əhmədi bacımla bir saxlamışam. Əziyyətini çəkmişəm. O uşaq xəstə idi? Bəli. Birinci gündən müraciət etdim ki, o xəstədir. İstintaq düzgün aparılmır. İndi də mən içəri buraxılmıram, yad adam kimi dəvət olunuram, niyə? Məhkəmədən tələbim odur ki, müraciət etmişəm, Əhməd Əhmədova qəyyum çıxmaq istəyirəm”.