Şabranda evə basqın zamanı qadın qətlə yetirilib, onun həyat yoldaşı isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, hadisə iyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində baş verib.
Evə basqın Gülnarə Şıxkərəm qızı Hüseynovanın kəsici alətlə yetirilən xəsarətlərdən ölüb, onun həyat yoldaşı Arif Qaspar oğlu Hüseynov isə xəsarət alıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Elçin Məmmədağa oğlu Fərzəliyev saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.