Azərbaycanda yoldaşından boşanan qadın öldürüldü - Qardaşı saxlanıldı

Ağcabədi rayonu Hindarx qəsəbəsində qətl hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir. 

Hadisə iyunun 5-də saat 23 radələrində qeydə alınıb. 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərhumun qardaşı Sadiq Kərimov bacısını qısqanclıq zəminində qətlə yetirib.

S.Kərimov bacısının davranışlarına irad bildirib və daim aralarında mübahisə olub. Hadisə elə bu səbəbdən törədilib.

Həmçinin bildirilir ki, qətlə yetirilən qadın ailəli olub və bir müddət sonra boşanıb. Rayondakı marketlərin birində satıcı kimi çalışıb və daha sonra işdən ayrılıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ