“Kanal-1” internet televiziyasının rəhbəri Arzu Orucov polis əməkdaşları tərəfindən saxlanılıb.
Buta.media-nın xəbərinə görə, o, Biləsuvar rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə ittiham olunur.
Əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 1984-cü il təvəllüdlü A.Orucov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
A.Orucov barəsində həbs qərarı qəbul edilib. Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.