Müəllim atasının il mərasimində qətlə yetirilibmiş - video

Xəbər verdiyimiz kimi, mayın 27-si Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Əhmədova Natavan Mövləddin qızı odlu silahdan açılan atəşdən qətlə yetirilib və cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Natavan Əhmədova atasının il mərasimində güllələnib.

35 yaşlı Nurlanın 44 yaşlı bacısını aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə öldürdüyü deyilir.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, N. Əsgərov narkotik istifadəçisi olub və əvvəllər məhkumluq həyatı yaşayıb. O, məhkumluğu olduğundan üzərində elektron qolbaq daşıyırmış.

Nurlan Əsgərovun yaxınlarının sözlərinə görə, o, son vaxtlar əsəb sistemində yaranan problemlərə görə dərmanlar içirmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ