Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.
O, ixtisasca fiziki tərbiyə müəllimidir.
Qeyd edək ki, Natiq Mehdi həmin məktəbdə mühafizəçi vəzifəsində çalışırmış.