"Bir də gördüm, camaat tökülüşdü" - Bakıda sevgililərin davasının dəhşətli sonu

Bakıda sevgililərin mübahisəsi kişinin özünə zərər verməsi ilə bitib.

Hadisə paytaxtın Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edən şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqə sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb və özünə zərər verib.

TƏBİB-dən bildirilib ki, həmin şəxs üzün, döş qəfəsinin, yuxarı ətrafların birinci və ikinci termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ