Sumqayıtda ər-arvad qətlə yetirilib, oğulları saxlanılıb

Sumqayıt şəhərində ərlə arvad qətlə yetirilib. 

DİN-dən verilən məlumata görə, hadisə aprelin 19-də saat 03:00 radələrində baş verib. Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindın saxlanılıb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ