Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verdi - video

Bişkekdə saxlanılan mütəşəkkil cinayətkar qrupun 5 üzvü Azərbaycana təhvil verilib.

Bu barədə məlumatı Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi yayıb.

Bildirilir ki, sözügedən şəxslər “Manas” beynəlxalq hava limanında Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndələrinə təhvil veriliblər.

Xatırladaq ki, martın 23-ü Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksəkvəzifəli şəxsə qarşı cinayətə hazırlaşırmış. Məlumata görə, onlardan Əsgərov M.O. kriminal aləmdə tanınmış şəxsdir və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlibmiş.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ