Paltarına daş doldurub suya atıb: Azyaşlı qızın dəniz sahilində öldürülməsinin təfərrüatı üzə çıxıb

Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin öldürülməsinin bəzi təfərrüatı məlum olub.

Bu barədə Lent.az saytı məlumat yayıb.

Məlum olub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib. Atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan saxlanılıb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ