Bişkekdə beş Azərbaycan vətəndaşı saxlanılıb

Bişkekdə Qırğızıstan rəhbərliyinə sui-qəsd hazırlamaqda şübhəli bilinən beş Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxslərin hamısı mütəşəkkil cinayətkar qrupların tərkibində fəaliyyət göstəriblər.

Onlaırn “dövlətlərarası axtarışda ola biləcəyini” ehtimal edilir.
 
Saxlanılan şəxslərin transmilli mütəşəkkil dəstələrin üzvləri V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Behbudrov və Z.İ. Məmmədov olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ