Keçmiş arvadını və valideynlərini bıçaqladı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Belə ki, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Xəsarət alan ər, arvad və qızı xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ