Bakıda 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun öldürülmüsəinin görüntüləri yayılıb.
Kadrları Baku.ws saytı dərc edib.
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.